Özbəkistan Respublikasının Əlişir Nəvai adına Dövlət Pedaqoji İnstitutunun dekanı Dilara Şamiyeva, kafedra müdiri Feruza Jumayeva və dosent Gülsanam Horovanın Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə görüşü keçirilib.Qonaqlar əvvəlcə ADPU-nun rektoru professor Cəfər Cəfərov və universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov ilə görüşüblər.
Daha sonra Pedaqoji Universitetin professor-müəllim və tələbə kollektivi ilə görüş keçirilib. Görüşdə hər iki ali təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat verilib. Qonaqlar 2017-ci ildən fəaliyyət göstərən Türksoy kafedrasının fəaliyyəti ilə tanış olublar.
Yekunda ADPU ilə Əlişir Nəvai adına Dövlət Pedaqoji İnstitutu arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
Tehsil-press.az







