ADPU Fəlsəfə və Sosiologiya İnstitutu ilə əməkdaşlıq memorandumu imzalayıb

ADPU Fəlsəfə və Sosiologiya İnstitutu ilə əməkdaşlıq memorandumu imzalayıb Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Fəlsəfə və Sosiologiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumda birgə təhsil və tədqiqat fəaliyyətləri, kadr və tələbə heyətinin qarşılıqlı mübadiləsi kimi məsələlər yer alır.
Memorandumu Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadə və ADPU-nun rektoru professor Cəfər Cəfərov imzalayıblar. Bununla əlaqədar ADPU-da keçirilən görüşdə rektor Cəfər Cəfərov universitetin zəngin təhsil ənənələri və aparılan islahatlar haqqında məlumat verib, pedaqoji kadr hazırlığını dövrün tələblərinə uyğun şəkildə təşkil etmək üçün ADPU-nun yerli və xarici elm-təhsil və tədqiqat müəssisələri ilə əlaqələrini genişləndirdiyini, müxtəlif mübadilə proqramlarını tətbiq etdiyini bildirib.
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru İlham Məmmədzadə rəhbərlik etdiyi elmi müəssisədə aparılan tədqiqatlar haqqında məlumat verib, qarşılıqlı əməkdaşlığın perspektivlərini qeyd edib, təhsil və tədqiqat fəaliyyətlərinin səmərəli inteqrasiyası baxımından da əməkdaşlığın geniş imkanlar vəd etdiyini vurğulayıb.
Daha sonra qonaqlar ADPU-nun tədris binası ilə tanış olublar.

Tehsil-press.az



Oxşar xəbərlər