Belqradda etirazçılar nəqliyyatın hərəkətinə maneə olur

Belqradda etirazçılar nəqliyyatın hərəkətinə maneə olur Serbiyada müxalifət nümayəndələri Belqradda Seçki Komissiyasının qarşısında növbəti dəfə yolu bağlayıb.
Aksiya iştirakçıları Belqradın administrasiya binasının qapılarını sındırmağa cəhd edib.
Polislə etirazçılar arasında qarşıdurma zamanı 2 polis əməkdaşı yaralanıb, ümumilikdə 35 nəfər isə saxlanılıb.
Qeyd edək ki, etiraz aksiyasına “Serbiya zorakılığa qarşı” blokunun liderləri Marinika Tepiç və Misoslav Aleksiç rəhbərlik edirlər.
Aksiya iştirakçıları hakim koalisiyanın dekabrın 17-si keçirilən növbədənkənar parlament seçkilərində qələbəsi ilə razı deyillər. Belə ki, seçki nəticəsində Serbiya Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyası qalib gəlib. “Serbiya zorakılığa qarşı” bloku isə səslərin 23 faizini toplayaraq ikinci yeri tutub.

Tehsil-press.az



Oxşar xəbərlər