Bakıda güclü külək əsir - Ehtiyatlı olun!

Bakıda güclü külək əsir - Ehtiyatlı olun! Şimal-qərbdən hərəkət edən soyuq hava kütlənin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında isə 25-28 24 m/s-ə çatıb:
“Güclü külək gün ərzində davam edəcək. Küləyin maksimal sürəti bəzi yerlərdə 28-33 m/s çatacaq. Axşam saatlarından tədricən zəifləyəcək. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin, hündür ağacların altında dayanmaq məsləhət görülmür”.

Tehsil-press.az

Oxşar xəbərlər