
Valeh Zahirovun hazırladığı bu qurğu təkcə avtomobili işə salmır. Onun köməkliyi ilə bağdakı su nasosunu da işlək vəziyyətə gətirmək və ya söndürmək olar. Onun sözlərinə görə, qurğunun üzərində görüləcək çox iş var. Hazırda bu qurgunun işə düşməsi üçün az da olsa insan müdaxiləsi tələb olunursa, təkmilləşdirmədən sonra insan amili tamamilə aradan qalxacaq. Valeh Zahirov gələcəkdə ev işlərində kömək edəcək robot da hazırlayacağını deyir. O həmçinin əl işlərindən ibarət sərginin təşkilini də planlaşdırır.
tehsil-press.az