Xanım çoxsaylı sınıq xəsarətləri alsa da sağ qalıb. Onu elə həmin yoldan keçən 1 saylı şəhər klinik xəstəxanasının həkimi öz avtomobili ilə işlədiyi xəstəxanaya çatdırıb. Həkimlər 20 yaşlı Afiyənin həyatını xilas edə biliblər.
Tibb müəssisəsndə xəsarət alan xanımın atası ANS-in suallarına cavab verib. O Afiyənin intihara cəhd etməsinin yoldaşı ilə aralarında olan mübahisədən qaynaqlandığını bildirdi. Zərərçəkmişin yoldaşı da xəbəri eşidər eşitməz özünü xəstəxanya çatdırıb.
Ərazidə olan Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2 yaşlı övladı olan Afiyə Sadıqova təxminən iki ay əvvəl həyat yoldaşından küsərək, ata evinə qayıdıb. Afiyyə Sadıqovanın dəqiq nə səbəbdən intihar etmək istədiyi isə araşdırlır.
tehsil-press.az