İlk türk astronavtın kosmosa uçuşu yanvarın 18-də baş tutacaq

İlk türk astronavtın kosmosa uçuşu yanvarın 18-də baş tutacaq Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilk türk astronavtı Alper Gezeravcının 2024-cü il yanvarın 18-də kosmosa gedəcəyini açıqlayıb.
Alper Gezeravcı kosmik missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək. Dörd nəfərdən ibarət “Ax-3” ekipajı ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “SpaceX Dragon” kosmik gəmisi ilə “SpaceX Falcon 9” raketi ilə Beynəlxalq Kosmik Stansiyaya yola düşəcəklər.
Azərbaycan vaxtı ilə uçuş 18 yanvar saat 02:11-ə təsadüf edəcək.
Qeyd edək ki, Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır biologiya, tibb, materialşünaslıq və genetika kimi sahələrdə aparılacaq təcrübələrdən birinin Muş Elm və Sənət Mərkəzində tələbələr tərəfindən hazırlandığını açıqlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər