
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında İsveçrə Prezidenti Viola Amerd deyib.
"İsveçrə Ukraynanın yenidən qurulmasına xüsusi diqqət yetirir. Federal Şuranın nöqteyi-nəzərindən yenidənqurma qitənin sabitliyi üçün strateji əhəmiyyət kəsb edir", - deyə Viola Amerd deyib.
Onun sözlərinə görə, 2022-ci ilin iyulunda Ukraynanın bərpasına dair konfransda irəli sürülən Luqano prinsipləri bərpa üçün siyasi kompas rolunu oynayır.
"Ukraynaya dəstək olaraq, İsveçrə 2025-ci ildən 2028-ci ilə qədər növbəti beynəlxalq əməkdaşlıq strategiyası dövrü üçün 1,5 milyard frank planlaşdırıb", - deyə İsveçrə Prezidenti bildirib.
Tehsil-press.az