Deputat şəhidin ailəsinə baş çəkdi 

Deputat şəhidin ailəsinə baş çəkdi  Millət vəkili Qənirə Paşayeva şəhid mayor, Mİ-24 helikopterinin pilotu Urfan Vəlizadənin ailəsinə baş çəkib. "Qafqazinfo" xəbər verir ki, deputat mayorun ailəsinin fotosunu da paylaşaraq bu sözləri yazıb:

"Qəhrəman şəhidimiz Urfan Vəlizadənin gül qoxulu Betülünü, atam kimi pilot olacam deyən ağıllı qızı Zəhranı və əziz xanımı Könül xanımı ziyarət etdik. Şəhidlərimizin ailələri başımızın tacıdır. Allah hər zaman onlara yardımçı olsun.Nur içində yatsın şəhid qardaşımız".

tehsil-press.az

Oxşar xəbərlər