
S.Kilerci bildirib ki, Biruni Universiteti Xəstəxanası 2016-cı ildə xidmətə başlayıb. Ən əhəmiyyətli sağlamlıq mərkəzlərindən biri hesab olunur. Türkiyəyə gələn xarici ölkələrin vətəndaşları müəyyən xəstəliklərlə bağlı xəstəxanamıza qəbul edilir. Onlar, əsasən, onkologiya, ortopediya, neyrocərrahiyyə, göz, ürək-damar və damar cərrahiyyəsi kimi bir çox şöbələrdə ən müasir cihazlarla yeni nəsil müalicələr və mürəkkəb cərrahi əməliyyatlar üçün qəbul olunur. Süni intellektlə əldə olunan diaqnostik və görüntüləmə cihazları ilə xərçəng, ürək, onurğa və digər xəstəliklər yüksək keyfiyyətlə görüntülənə və hədəfə yönəlmiş müalicələrlə planlaşdırılır.
“Xəstəxanamızda təşkil edilən robot əməliyyatlar üçün digər ölkələrdən gələn xəstələr məhz Türkiyəyə üstünlük verir. Sümük iliyinin transplantasiyası, orqan transplantasiyası, onkoloji mərkəz kimi xüsusi müalicələrin aparıldığı mərkəzlər də burada tezliklə fəaliyyətə başlayacaq”, - deyə S.Kilerci əlavə edib.
Tehsil-press.az