BDU-nun gənc alimi yaşıl enerji istehsalı üzrə araşdırmalar aparır

BDU-nun gənc alimi yaşıl enerji istehsalı üzrə araşdırmalar aparır Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı yaşıl enerji istehsalı üzrə araşdırmalar aparır.
Elmi araşdırmada hibrid üzvi/qeyri-üzvi perovskit strukturlarının nazik təbəqələr şəklində formalaşması üsulları və onların dayanıqlılığı öyrənilib. Tədqiqat işində müxtəlif modelləşmə üsulları ilə perovskitlərin çevik və sərt birləşmə modelləri, eyni zamanda, istilik prosesinin struktura təsiri ətraflı şəkildə təhlil edilib.
L.Qəhrəmanlının həmmüəllifi olduğu “Günəş elementləri kimi MAPbX3 (X=I-, CL-, BR-) strukturlarının sabitliyinin molekulyar-dinamik modelləşdirilməsi” adlı məqalə həmin elmi araşdırmalardan bəhs edir.
Məqalə “Ovonic Research” jurnalında (IF: 1.165) dərc olunub.

Tehsil-press.az



Oxşar xəbərlər