
“Həsən Ruhaninin ofisi sabiq prezidentin Ekspertlər Şurasına seçkilərdən kənarlaşdırıldığını açıqlayıb”, - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, Ekspertlər Şurasına seçkilər mart ayında keçiriləcək. Sözügedən qurum ölkənin ali liderini vəzifəsindən uzaqlaşdıra və yaxud təyin edə bilər. 88 üzvdən ibarət olan şura İranda ali hakimiyyət orqanlarının, əsasən də parlament və hökumətin fəaliyyətinə nəzarət edir.
Qeyd edək ki, 75 yaşlı H.Ruhani 2013-2021-ci illərdə İranın prezidenti olub.
Tehsil-press.az