UNEC Gürcüstanda yaşayan soydaşlarımızı Azərbaycanda təhsil almağa dəvət edir

UNEC Gürcüstanda yaşayan soydaşlarımızı Azərbaycanda təhsil almağa dəvət edir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Gürcüstanda yaşayan azərbaycanlıları universitetin Zaqatala filialında bakalavriat pilləsində təhsil almağa dəvət edir.
Universitetin baş müəllimi Camal Arıxov Gürcüstanda azərbaycanlı gənclərlə görüşüb. Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə C.Arıxov UNEC-in Zaqatala filialında təhsil imkanları, tədris prosesi, tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verib. Bildirilib ki, soydaşlarımız Zaqatala filialında maliyyə, bank işi, turizm, informasiya texnologiyaları və s. ixtisalar üzrə yüksək səviyyədə təhsil ala bilərlər.
Muzeyin direktoru Leyla Əliyeva Gürcüstanın təhsil sistemi barədə danışıb, soydaşlarımızın Azərbaycanda təhsil almaları üçün yaradılan şəraiti yüksək qiymətləndirib. Bildirib ki, ADA Universiteti də soydaşlarımızı magistr təhsili almağa dəvət edib. Onun sözlərinə görə, Gürcüstanda yaşayan soydaşlarımız üçün yaradılan bu şərait onların inteqrasiyasında mühüm rol oynayacaq.
Görüşdə iştirak edən Qardabani rayonu Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Raul Əliyev bildirib ki, azərbaycanlı gənclərin Azərbaycanda təhsil almaları onların qarşısında yeni perspektivlər açır.
Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər