
2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində filialda vətəndaş cəmiyyəti platformasının resurslarından geniş istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi məqsədilə İctimai Şura yaradılıb.
İctimai Şuranın üzvləri və valideynlər imtahan prosesini izləyib, filialda son dövrlərdə istifadəyə verilən İnklüziv Təhsil Mərkəzi, Vebinar otağı, STEAM otağı ilə tanış olublar.
Tehsil-press.az