
Bu sözləri Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov Azərbaycanda Özbəkistan elm və mədəniyyət günləri çərçivəsində Bakı Dövlət Universitetində keçirilən tədbirdə söyləyib.
Özbəkistan ilə Azərbaycanın elm, təhsil, mədəniyyət sahələrində əlaqələrindən danışan B.Aşrafxanov bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin, birgə elmi tədqiqatların aparılmasının, layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmini vurğulayıb.
Tehsil-press.az