
Memorandumun şərtlərinə görə, tərəflər təmsil etdiyi dövlətlərin qanunvericiliyinə uyğun olaraq birgə elmi layihələrin reallaşdırılması, milli dəyərlərin öyrənilməsi, əlyazmaların surətlərinin qarşılıqlı mübadiləsi, eyni zamanda, alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması, birgə elmi nəşrlərin hazırlanması və müştərək elmi konfransların təşkili sahəsində əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi iki elmi müəssisə arasında bu istiqamətdə koordinator rolunu oynayacaq.
Tehsil-press.az