İzmir Katip Çələbi Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub

İzmir Katip Çələbi Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub Türkiyənin İzmir Katip Çələbi Universitetinin rektoru Saffet Köse SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Rektor Elmar Qasımov öncə təhsil müəssisəsinin kampusu ilə tanış olan qonağa burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. İzmir Katip Çələbi Universiteti ilə BANM arasındakı əməkdaşlığa toxunan E.Qasımov əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
İzmir Katip Çələbi Universitetinin rektoru Bakı Ali Neft Məktəbinin uğurlarını yüksək qiymətləndirib.
Sonda Saffet Köseye Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.
Qeyd edək ki, bu günədək Bakı Ali Neft Məktəbinin 5 tələbəsi, 3 müəllimi “Erasmus+KA171”, həmçinin universitetlərarası mübadilə proqramı ilə İzmir Katip Çələbi Universitetində, həmin ali təhsil müəssisəsindən isə 11 müəllim və 1 tələbə BANM-də təcrübə keçib.

Tehsil-press.az



Oxşar xəbərlər