
Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları BANM-in yeni kampusunda qarşılayaraq salamlayıb, daha sonra tərəflər arasında rəsmi görüş keçirilib. Görüş zamanı Putra UniMap-in rəhbər nümayəndələrini təqdim edib və universitetin fəaliyyətindən bəhs edib. Dünyanın 34 ölkəsindən 1000 xarici tələbənin UniMap-də təhsil aldığını vurğulayan rektor BANM-in də tələbələrini bu sirada görmək istədiyini bildirib.
Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara BANM-in yaranma tarixi, fəaliyyəti və uğurlarından danışıb, tərəflər arasında “Tələbə mübadilə proqramı” və eyni zamanda UniMap-in “Mobility Program”ı əsasında əməkdaşlığın mümkünlüyünü qeyd edib.
Daha sonra rektorlar hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin olduğu “Senat” otağında görüşü davam etdirərək, iki ölkə arasında təhsil sahəsində olacaq gələcək əməkdaşlıqdan danışaraq tələbələri motivasiya ediblər. BANM-in tələbələri UniMap universiteti haqda film izləyərək onu daha yaxından tanıyıblar və öz suallarını həmin universitetin rektoru, şahzadə Putraya ünvanlayıblar.
Rektor Elmar Qasımov hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin iştirakı ilə cənab Putraya Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.
BANM və UniMap-in tələbələri isə bir-birilə yaxından tanış olub və müzakirələr aparıblar.
BANM-nin Mətbuat Xidməti