
Universitetdən bildirilib ki, görüşdə Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin direktoru dosent Ərastun Mehdiyev və komandanın üzvləri Həsənova Nərmin, Şəfiyev Uğur, Cəfərova Tünzalə, Hacılı Əsmər və Qəfarova Zeynəb iştirak ediblər.
Görüş zamanı prof. C.Cəfərov gənclərin intellektual səviyyəsinin yüksəldilməsində STEAM Mərkəzinin əhəmiyyətindən danışıb. Rektor elmin yüksək pilləsinə qalxmaq üçün nəzəriyyə və praktikanın vəhdətini vurğulayaraq qalib tələbələri təbrik edib.
Eyni zamanda bu uğura imza atan fakültənin gənc tədqiqatçı müəllimlərindən olan f.f.d. Vəfa Abdurahmanovanın əməyini yüksək qiymətləndirərək fəaliyyətində uğurlar arzulayıb.
Tehsil-press.az