Türkiyədə balıqçı qayığı batdı - 3 ölü, 5 yaralı

Türkiyədə balıqçı qayığı batdı - 3 ölü, 5 yaralı Türkiyənin İzmir şəhərinin sahillərində içərisində balıqçıların olduğu qayıq batıb.
İzmirin Dikili bölgəsində baş verən hadisə nəticəsində həlak olan 3 nəfərin cəsədi tapılıb.
Qayıqda ümumilikdə 10 nəfərin olduğu bildirilir. Hazırda 2 nəfərin axtarışları davam etdirilir. Digər 5 nəfər isə yaralı olaraq xilas olub.
Sahil mühafizə xidməti hadisə yerinə 3 kater və helikopter göndərib.

Tehsil-press.az



Oxşar xəbərlər