Türkiyədə azərbaycanlıların da olduğu gəmi batdı - 6 ölü +Video

Türkiyədə azərbaycanlıların da olduğu gəmi batdı - 6 ölü +Video Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən gəmi batıb.
Sahil Təhlükəsizlik Komandirliyi batan gəmidən yeddi ekipaj üzvünü xilas edib, 2 nəfərin isə meyitini tapıb.
Gəmidə ümumilikdə 13 ekipaj üzvünün olduğu müəyyən edilib. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan, 2-sinin isə Rusiya vətəndaşı olduğu müəyyən edilib.
Axtarış tədbirləri davam etdirilir. Əməliyyata bir təyyarə, 4 helikopter, bir axtarış-xilasetmə gəmisi, 2 sahil təhlükəsizlik qayığı cəlb edilib.
Ərazidə dəniz suyunun 8-10 dərəcə olduğu, batan ekipaj üzvlərinin bu soyuqluğa 2 saat dözə biləcəyi açıqlanıb.
***
Son rəqəmlərə görə, 7 ekipaj üzvü xilas edilib, 6 nəfər isə ölüb.



Tehsil-press.az

Oxşar xəbərlər