Beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərə intensiv dərslər təşkil olunub

Beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərə intensiv dərslər təşkil olunub Məktəblərin qış tətili fasiləsindən istifadə edərək riyaziyyat, kimya və informatika fənləri üzrə olimpiadalara hazırlaşan şagirdlərin məsələ həll etmə bacarıqlarının artırılması, müvafiq mövzu və biliklərin dərinləşdirilməsi, eləcə də şagirdlər arasında qarşılıqlı ünsiyyətin gücləndirilməsi və birgə öyrənmə mühitinin inkişaf etdirilməsi məqsədilə qış kampı təşkil edilib.
Qış kampının keçirilməsində Təhsil Texnologiyaları Mərkəzi, Akademik Zərifə Əliyeva adına Lisey, Bakı Avropa Liseyi, Kimya-Biologiya təmayüllü Respublika Liseyi və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin sinif otaqları və laboratoriyalarından istifadə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər