BSU-nun bir qrup tələbəsi Özbəkistanda istehsalat təcrübəsi keçir

BSU-nun bir qrup tələbəsi Özbəkistanda istehsalat təcrübəsi keçir Bakı Slavyan Universitetinin (BSU) tələbələri - Zəhra Haqverdiyeva (regionşünaslıq ixtisası), Nərmin Məmmədova (xarici dil müəllimliyi ixtisası), Şəhla Muradzadə (dil və ədəbiyyatın tədrisi və metodologiyası ixtisası) Özbəkistanda 2023-2024-cü tədris ili üzrə yaz istehsalat təcrübəsi keçirlər.
BSU-nun Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığı çərçivəsində reallaşıb. BSU-nun tələbələri bir aylıq təcrübə müddətində ictimai və mədəni tədbirlərdə də iştirak edəcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər