BDU-da “Beynəlxalq Ana Dili Günü” adlı kitab sərgisi

BDU-da “Beynəlxalq Ana Dili Günü” adlı kitab sərgisi Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi təşkil olunub.
Sərgidə görkəmli şəxslərin ana dilimiz haqqında fikirləri, dilçi alimlərimizin Azərbaycan dilinin əsrlərdən günümüzə qədər gəlib çatan tarixi zənginliyi və dərinliyini, müasir forma və üslublarını, xüsusiyyətlərini özündə əks etdirən 100-ə yaxın nəşr, kitab, dərslik və dərs vəsaiti nümayiş etdirilir.
Sərgidə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafındakı xidmətləri, 70-ci illərin əvvəllərindən başlayaraq yürütdüyü milli dil siyasəti, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsi uğrunda mübarizəsindən bəhs edən “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyevin dil siyasəti” adlı kitablar oxucular tərəfindən xüsusi maraqla qarşılanır.
Sərgilənən nəşrlər içərisində dünyanın müxtəlif dilləri - türk, rus, ingilis, alman, fransız, yapon, çin, ərəb, urdu, qədim roma dilləri, həmçinin Qafqazda yaşayan tatların dilinə aid bir çox nümunələr də var.
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər