Bakı Ali Neft Məktəbinin əməkdaşları üzgüçülük yarışında uğurla təmsil olunublar

Bakı Ali Neft Məktəbinin əməkdaşları üzgüçülük yarışında uğurla təmsil olunublar Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən üzgüçülük üzrə yarışda Bakı Ali Neft Məktəbinin bir neçə əməkdaşının da iştirak etdiyi SOCAR-ın komandası II yeri qazanıb.
Qadınlardan ibarət komandada Karyera və tələbələrlə iş şöbəsinin metodisti Cahan Qarayeva, Biznesin idarə edilməsi kafedrasının böyük laborantı Aytən Abdinova, Neft-qaz mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Ülviyyə Cəbiyeva, kişilərdən ibarət komandada isə İdman Mərkəzinin müəllimi Pyotr Kuvşinov yarışıb.

Tehsil-press.az


Oxşar xəbərlər