BDU-da Cəlil Məmmədquluzadənin 155 illik yubileyi münasibətilə kitab sərgisi hazırlanıb

BDU-da Cəlil Məmmədquluzadənin 155 illik yubileyi münasibətilə kitab sərgisi hazırlanıb Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 155 illik yubileyi ilə əlaqədar kitab sərgisi təşkil olunub.

Sərgidə Cəlil Məmmədquluzadənin Elmi Kitabxananın fondunda qorunan əsərləri və onun haqqında yazılmış 50-yə yaxın kitab nümayiş olunur. Onların sırasında Cəlil Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunmuş çoxcildlli “Seçilmiş əsərləri”, “Danabaş kəndinin əhvalatları”, “Ölülər”, “Bəlkə də qaytardılar” əsərləri, həmçinin Afaq Əliyevanın “Cəlil Məmmədquluzadə irsinin nəşri məsələləri”, Mirzə İbrahimovun “Böyük demokrat”, Yəhya Əliyevin “Böyük yazıçı”, Xalid Əlimirzəyevin “Dahi sənətkar, böyük vətəndaş” kitabları yer alır.

Sərgilənən kitablardan diqqəti daha çox cəlb edən dramaturqun ömür-gün yoldaşı Həmidə Məmmədquluzadənin müəllifi olduğu “Mirzə Cəlil haqqında xatirələrim” əsəri olub.

Tehsil-press.az

Oxşar xəbərlər