Paytaxtın müxtəlif hissələrində, parklarda, küçə və prospektlərdə, tarixi abidələrin ətrafında Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səmənilər quraşdırılıb.
Qeyd edək ki, Azərbaycana yaz fəsli martın 20-si, Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq.
Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. Bayramla əlaqədar 20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləridir.
Bakının Novruz bayramına hazırlığını əks etdirən görüntüləri təqdim edirik:







Tehsil-press.az