Magistratura imtahanlarında ən yüksək balı onlar TOPLADILAR

Magistratura imtahanlarında ən yüksək balı onlar TOPLADILAR Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının yekun nəticələrini elan edib.

DİM-in məlumatına görə, imtahan iştirakçıları qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplaya bilərdilər.

İmtahanda 3 nəfər 96 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.

Magistratura imtahanlarında ən yüksək bal toplayanların adlarını təqdim ediblər.

Bunlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Gültən Məhərrəmli;

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasına qəbul olunmuş IV kurs tələbəsi Sübhan Əlizadə;

Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Əbülfəz Cəfərovdur.

Tehsil-press.az

Oxşar xəbərlər