Prezident tanınmış iş adamını yüksək medalla təltif etdi – FOTO

Prezident tanınmış iş adamını yüksək medalla təltif etdi – FOTO Tanınmış iş adamı, “Xəmsə” holdinqin sahibi, Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri Mürvət Həsənli Prezident sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi” xatirə medalı ilə təltif olunub.

İş adamı təltifə görə Prezident İlham Əliyevə təşəkkür edib: “Göstərilən yüksək diqqətə görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımı bildirir, Ulu Öndərin əziz xatirəsini hörmət və ehtiramla yad edirəm”.

Mürvət Həsənli Azərbaycanın tanınmış iş adamı olmaqla yanaşı həm də iqtisadi -siyasi mövzularda intensiv olaraq təhlil yazıları ilə çıxış edir. O, son illərdə ictimai-siyasi sferada da yüksək fəallığı ilə seçilir. Mürvət Həsənli Qərbi Azərbaycan İcmasının qurucularından biridir və İcmanın fəaliyyətində aktiv rol oynayır. Prezident tərəfindən təltif olunması Mürvət Həsənlinin bu fəaliyyətinə Dövlətin verdiyi yüksək qiymətdir.

Prezident tanınmış iş adamını yüksək medalla təltif etdi – FOTO


Tehsil-press.az

Oxşar xəbərlər