Azərbaycan Texnologiya Universitetində (ATU) bu ali təhsil ocağının məzunu, bir neçə gün əvvəl cəbhə xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olmuş Rəşad Niftalılı yad edilib. ATU-nu 2015-ci ildə bitirən şəhidin təhsil aldığı iqtisadiyyat və idarəetmə fakültəsində təşkil olunan anım tədbirində universitet rəhbərliyi, şəhidə dərs deyən müəllimlər və tələbələr iştirak ediblər.
ATU-nun rektoru, professor Akif Süleymanov deyib ki, son günlərdə cəbhədə baş verənlər bütün ölkə əhalisinin bir yumruq kimi birləşməsinə imkan verdi. Ermənilərin təmas xəttində yenidən dinc sakinlərimizi atəşə tutmasına cavab verilərkən bir neçə hərbi qulluqçu qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Onlardan biri də ATU-nun məzunu, ali təhsilini başa vurduqdan sonra Vətənə borcunu ödəmək üçün hərbi xidmətə yollanan və son döyüşlərdə şəhid olan Rəşad Niftalılıdır. Rektor bildirib ki, Rəşad kimi oğullar yaşından, hərbi rütbəsi və vəzifəsindən asılı olmayaraq rəşadətlə düşmənin üzərinə atılmaqla onlara necə qəhrəman bir xalqla üz-üzə olduqlarını bir daha xatırlatdılar. Vətən uğrunda gözünü qırpmadan canını fəda edənlər həm də erməni daşnaklarının Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq xülyalarını birdəfəlik məhv etdi. Professor Akif Süleymanov deyib ki, Rəşad Niftalılının xatirəsi 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan 6 şəhid məzunla birlikdə universitetdə əbədiləşdiriləcək. Onların qəhrəmanlıqları həmişə yetişməkdə olan gənc nəslin yoluna işıq salacaq, vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edəcək.
Sonra Rəşad Niftalılıya dərs deyən müəllimlər də çıxış edərək onun tələbəlik illərində yüksək əxlaqı, nümunəvi davranışı ilə fərqləndiyini deyiblər.
tehsil-press.az