
Universitet Elmi kitabxanasının direktoru Xumar Məmmədova göstərilən dəstəyə görə öz minnətdarlığını ifadə edib.
Universitetin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli yenidən əsaslı şəkildə təkmilləşdirilən sayt barədə məlumat verib. Bildirilib ki, universitetin Elmi Kitabxanasının rəsmi internet saytı və yeni proqram təminatı NDU-nun İnformasiya Texnologiyaları şöbəsi tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb. Yenilənmiş internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization), axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda görünməsi üçün zəruri texniki tədbirlər həyata keçirilib. Əvvəlki arxiv qorunub saxlanılıb, lazımi inteqrasiya işləri yerinə yetirilib.
Bildirilib ki, ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar nəzərə alınmaqla 5 bölmə və 8 alt bölmədən ibarət yeni internet saytının (lib.ndu.edu.az) əsas menyusunda “Ana səhifə”, “Kitabxana”, “Elektron kataloq”, “Media”, “Bizimlə əlaqə” bölmələri yer alıb. Saytda kitabxana və onun strukturu haqqında məlumat, foto və videomateriallar, həmçinin kitabxananın əməkdaşları, keçirilən tədbirlər haqqında məlumatlar yerləşdirilib.
Vurğulanıb ki, saytın yenilənmiş versiyasının əsas üstün cəhətlərindən biri də mobil telefonlar üçün interfeysinin hazırlanmasıdır. Yenilənmiş saytdan kompüter, mobil telefon və planşet vasitəsilə istifadə etmək mümkündür.
Diqqətə çatdırılıb ki, saytın əsas xüsusiyyətlərindən biri də “İstifadəçi girişi” başlığı altında “Kataloqlaşdırma”, “Xəbərlər”, “Məsul şəxs”, “İstifadəçilər”, “Oxuyucular” və “Biblioqrafiya” bölmələri vasitəsilə yeni proqram təminatının imkanlarından istifadə olunmasıdır. “Bizimlə əlaqə” bölməsində universitetin Elmi Kitabxanasının ünvanı, elektron poçtu, əlaqə telefonları yerləşdirilib. Vətəndaşlar aidiyyəti üzrə müraciətlərini asanlıqla elektron poçta ([email protected]) göndərə biləcəklər. Eyni zamanda saytın universitetin sosial media hesablarına – “Facebook”, “Instagram”, “Linkedin” keçid imkanları mövcud olduğuna görə saytdakı materialları sosial şəbəkə hesablarında operativ şəkildə paylaşmaq mümkündür.
Saytın və proqram təminatının universitetin şəbəkəsində yaradılması kibertəhlükəsizlik baxımından zəmanət verir.
Tehsil-press.az