“Kurtlar Vadisi Pusu”dan terror xəbərdarlığı – VİDEO

“Kurtlar Vadisi Pusu”dan terror xəbərdarlığı – VİDEO “Kurtlar Vadisi Pusu”nun yeni seriyasının treyleri Türkiyədə təşvişə səbəb olub.

Tehsil-press.az xəbər verir ki, buna serialın terror mövzusuna toxunulması səbəb olub. Belə ki, treylərdə Gölge obrazını canlandıran və PKK ilə işbirliyi quran adamın metrolara canlı bombalar göndərərək terror törətmək istəyəcəyi öz əksini tapıb. Bombaları uzaqdan partladan “Gölge”nin “Milli suverenliyin mübarək olsun, türk xalqı” sözlərini deməsi birmənalı qarşılanmayıb. Çünki serialın hər il aprelin 23-də keçirilən “Milli Suverenlik və Uşaq günü”ndə baş tutacaq terror hücumuna işarə etdiyi iddia olunur



tehsil-press.az

Oxşar xəbərlər