Forum ali təhsil üzrə qlobal, beynəlxalq və regional trendlərin və əsas çağırışların müzakirəsi üçün davamlı platformadır. 2013-cü ildən etibarən keçirilən forumun 6-cı görüşündə iştirak edən rektor Ş.Bayramov MDU və Beynəlxalq Universitetlər Assosiasiyasını (IAU) təmsil etməyin qürurverici olduğunu qeyd edib.
Ali təhsilin gələcəyinə həsr olunan belə beynəlxalq səviyyəli tədbirdə iştirak etməkdən məmnunluğunu bildirən rektor Ş.Bayramov universitet idarəçiliyinin müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirilməsi ilə bağlı digər ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi baxımından Forumun əhəmiyyətli platformaya çevrildiyini qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib.
Tehsil-press.az