
Bu vəzifəyə İlqar Bayramlı təyinat alıb.
Qeyd edilib ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb.
İlqar Bayramlı Azərbaycan Ali Hərbi Məktəbində müəllim, baş müəllim, "Neftçi" PFK MMC-də Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. Bundan başqa, "Alyans Tekstil" MMC-də direktor, "Capital Motors" MMC-də maliyyə direktorunun müavini, direktor vəzifələrində fəaliyyət göstərib. Bir müddət "Təmiz qaz" QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi fəaliyyətini davam etdirən İlqar Bayramlı Ağsu rayonunda "Azqranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində də işləyib.
2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Ailəlidir, 3 övladı var.
Tehsil-press.az