
O, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş.
Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən Mədəniyyət Evində solist kimi fəaliyyət göstərib. 1969-cü ildə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun 2 yaşı olanda o, həyat yoldaşından boşanıb.
Rəhimi "Qubanın ağ alması", "Gəlmə, gəlmə" kimi mahnılarıyla məşhur olub.
Tehsil-press.az