
“Küləyə qalib gəl” şüarı altında keçirilən marafona 500 nəfərdən çox BDU tələbəsi qatılıb. 21 kilometrlik məsafəni əhatə edən marafonda BDU tələbələri aktiv iştirak edərək, finiş xəttinə çatıblar. Finiş xəttini ilk minlikdə keçən tələbələr “Bakı marafonu 2024”ün xüsusi medalları ilə təltif olunublar.
2016-cı ildən təşkil edilən “Bakı marafonu” idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. Yeddinci dəfə baş tutan marafonda 15 minədək iştirakçı yarışıb.
Tehsil-press.az