Sarkisyanın büdcə fırıldağının üstü açılıb

Sarkisyanın büdcə fırıldağının üstü açılıb O, dövlət büdcəsindən polisə ordudan daha çox pul ayırır.

Ermənistan prezidenti Serj Sarkisyan ordudan çox polisə pul ayırır. Tehsil-press.az-ın məlumatına görə, bu iddia ilə "Aykakan Jamanak" qəzeti çıxış edib.
"2014-cü ildə Ermənistan ordusuna ayrılan vəsait 2015-ci illə müqayisədə 4,2% artırılıb, polisə ayrılan pul 13,7% artıb”, - "Aykakan Jamanak" qəzeti yazıb.
Qəzet yazır ki, bu məlumatlar 2015-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatda qeyd edilib. Hesabat ötən gün Ermənistan hökumətinin iclasında açıqlanıb.
Büdcə hesabatında bildirilir ki, ötən il Rusiyanın ayırdığı kreditlər hesabına silahlar alınmalı idi. “Amma razılaşma bu ilin fevralında qüvvəyə minib”, - qəzet yazır.
Ermənistan əhalisi aprelin 2-nə qədər ordularının çox güclü olduğunu düşünürdülər. Amma Ermənistanın təxribatlarına qarşı Azərbaycan ordusunun gördüyü cavab tədbirlərindən sonra ölkə mətbuatında və cəmiyyətində ciddi ruh düşkünlüyü yarandı.



tehsil-press.az

Oxşar xəbərlər