
Tehsil-press.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə paytaxtımızda təşkil olunan Forumun ideya və məqsədlərinin müasir dövrdə böyük əhəmiyyət daşıdığı qeyd edildi, tədbir çərçivəsində aprelin 25-də keçirilən Gənclər Forumunda da qaldırılan məsələlərin və səslənən fikirlərin önəmi vurğulandı. Leyla Əliyeva ətraf mühitin qorunması ilə bağlı fikirlərini bildirdi.
Söhbət zamanı, həmçinin dünyada aclıqla mübarizə, Xəzərdə nərə balığının artırılması və məktəblərdə düzgün qidalanma kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
tehsil-press.az