
Bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Məlumata görə, mövcud hökumət səlahiyyətlərini itirmək, hakimiyyətdən uzaqlaşmaq təhlükəsi ilə üzləşib. Bu səbəbdən aksiyanın və ona rəhbərlik edən, baş nazirliyə namizədliyi açıqlanan Baqrat Qalstanyanın qarşısını almağa çalışır. 2020-ci ildə olduğu kimi, bu dəfə də hökumət aksiyaların səngiməsini sakit şəkildə gözləyir. Sadəcə xüsusi xidmət orqanlarının müxtəlif qruplarına mitinqlərə nəzarət etmək üçün tapşırıq verilib.
Nəşr yazır ki, bu baxımdan Paşinyanın son 3-4 ildə polislərin maaşını qat-qat artırması təsadüfi deyil:
“Baş nazir hazırkı aksiyanın genişlənməsinin qarşısını almaq üçün ən ağlasığmaz yollara belə əl atmağa hazırdır”.
Hakim fraksiyasının deputatı Armen Xaçatryan bir neçə gün öncə sosial şəbəkə hesabında vətəndaş münaqişəsinin yaşana biləcəyini yazıb, insanların ehtiyatlı olmağa çağırıb.
Tehsil-press.az