
Məruzəçı bildirib ki, həm neylon/qrafen, həm də neylon/GO nanokompozitləri təmiz neylonla müqayisədə TENG-lərin çıxış gücünü əhəmiyyətli dərəcədə artıra bilər. Qrafen bir qədər yüksək elektrik keçiriciliyi və yük ötürmə xassəsinə görə TENG-lərdə effektiv hesab edilir. GO isə daha yaxşı səth aktivliyinə və səthdə olan funksional qruplar hesabına əlavə üstünlüklər (elektromənfilik) təmin edir. Bu isə yekunda TENG-lərin çıxış parametrlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Həmçinin bildirilib ki, neylon/qrafen və neylon/qrafen oksidi əsaslı nanokompozitləri neylonun müsbət xüsusiyyətlərini doldurucuların müstəsna elektrik və mexaniki xassələri ilə birləşdirərək, TENG-lərin çıxış gücündə effektiv nəticələr nümayiş etdirir. Onların istifadəsi ilə daha səmərəli, davamlı və çoxyönlü TENG-lər əldə etmək olar ki, bu da portativ elektron cihazlar üçün enerji mənbəyi ola bilər.
Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.
Tehsil-press.az