Sabunçu Telefon Qovşağının vəzifəli şəxsləri işdən çıxarılıb

Sabunçu Telefon Qovşağının vəzifəli şəxsləri işdən çıxarılıb Sabunçu Telefon Qovşağının Marketinq xidmətləri satış şöbəsinin rəisi Cəfərov Mehti və Texniki şöbənin 9-cu dərəcəli böyük eloktromexaniki Əlizadə Natiq vəzifəsindən azad edilib.

Onların işdən azad olunmasına səbəb fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlar olub. Adları qeyd olunan şəxslər telefon çəkdirmək üçün müraciət edən vətəndaşlara bu xidməti göstərməkdən imtina ediblər. Texniki imkanlar mövcud olduğu halda telefon çəkilişinin mümkün olmadığını söyləyiblər.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən aparılan araşdırma zamanı, məlumatın yalan olduğu üzə çıxıb və vətəndaşların müraciəti təmin olunub. Vətəndaşlara öz maraqları naminə saxta məlumat verənlər isə işdən azad olunublar.

tehsil-press.az

Oxşar xəbərlər