
ETL-in əməkdaşı Günel Əliyeva bu istiqamətdə son dövrlər aparılan elmi tədqiqat işlərini müqayisəli şərh edib. Məruzədə tədqiqat nəticəsində əldə olunan mürəkkəb strukturların sintezi, fiziki-kimyəvi analiz metodarı ilə quruluşlarının öyrənilməsi və bu yüksək mürəkkəbliyin nəticəsi olan müxtəlif kimyəvi xüsusiyyətləri barədə məlumat verilib. Qrafen-oksidin biomolekullar, polimerlər, dərmanlar, metallar və metal oksid əsaslı nanohissəciklər ilə əlaqəli müxtəlif növlərlə həm qeyri-kovalent, həm də kovalent funksionallaşdırılmasına diqqət çəkən Günel Əliyeva təqdimatda uyğunlaşdırılmış funksionallaşdırma əsasında hazırlanan materialların dərmanların çatdırılması, enerji materialları, günəş batareyaları, suyun parçalanması, ətraf mühit, katalitik, fotokatalitik və biotibbi texnologiyalarda tətbiqinin mümkün olduğunu qeyd edib.
Tehsil-press.az