
Bunu politoloq Hayk Saakyan deyib.
“Baqratı hərəkatın baş nazirliyə namizədi seçməsəydilər, uğur qazanmaq şansı vardı, çünki o, statusuna görə zəifdir. Bəli, birləşdirici rolu öz üzərinə götürə bilərdi, amma lider qeyri-dini titul sahibi olmalıdır. Həmçinin bu, bizim siyasi ənənələrimizin məntiqinə sığmır, yepiskop da o adam deyil. Heç olmasa ikili vətəndaşlıq problemi olmasaydı, bəlkə də nəsə ola bilərdi”, - ekspert qeyd edib.
Saakyan vurğulayıb ki, baş nazirliyə namizədin ikili vətəndaşlığının olması birbaşa konstitusiya pozuntusudur: “Hələ Baqrat baş nazirliyə namizədliyini açıqladıqdan sonra söyləmişdim ki, hərəkat uğursuzluğa düçar olacaq. Konstitusiya ilə bağlı problemin olduğunu bilirdilər, amma yenə də bu problemi həll eləmədilər”.
Tehsil-press.az