"Ermənilər bölgəyə bu şərtlə qayıda bilər” - Politoloq

Son günlər Ermənistan mətbuatında Xankəndi ermənilərinin geri qayıda biləcəyi barədə məlumatlar yayılır. Hətta Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının "katibi" olmuş Samvel Babayanını erməniləri Qarabağa qaytarmaq üçün öz ətrafı vasitəsilə danışıqlar aparıb onları razı salmağa çalışdığı bildirilir.

Bu məlumatlar nə dərəcədə əsaslıdır? Azərbaycan tərəfi bununla razılaşacaqmı? Əgər razılaşarsa, hansı şərtlər irəli sürüləcək?

Bakupost.az -ın suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ermənilərin bölgəyə qayıtmasına etiraz etmir, amma 1988-ci ildə öz doğma yurd-yuvalarından qovulmuş Qərbi azərbaycanlılar da evlərinə qayıtmaq hüququna malikdirlər:

“Ermənistan bu hüququ tanısın, razılıq versin, eyni hüquqla azərbaycanlılar Ermənistana, ermənilər də Azərbaycana qayıtsınlar. Bu çox sadə şərtdir. Qaldı ki, biz onları qovmamışıq. Onlar dünyanın gözü qarşısında yığışıb deyiblər ki, rəhbərlərimizin göstərişi ilə evlərimizdən çıxmışıq. Onların necə yola salınmasını da hamı görüb: mehriban şəkildə, uşaqlarına su, konfet verərək. Hətta təklif ediblər ki, evlərinizdə qalın, getməyin. Onlar isə deyiblər ki, getməliyik, bizə deyiblər çıxın, biz də çıxırıq”.

Tehsil-press.az

Oxşar xəbərlər