
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasəb, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri:
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.
Tehsil-press.az