Yerevanda avtobus partladı: 3 nəfər öldü

Yerevanda avtobus partladı: 3 nəfər öldü Ermənistan FHN-dən aravot.am saytına bildirilib ki, partlayışın baş verdiyi «Boqdan» markalı avtobus ictimai nəqliyyata aid olub və dizel mühərriklidir.
Ermənistan KİV yazır ki, bu tipli avtobuslar dizel mühərriki ilə işləyirlər və qaz partlaması versiyası inandırıcı deyil. Xatırladaq ki, partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb. İlkin məlumatlara görə, partlayış nəticəsində 3 nəfər həlak olub. Bu xəbəri «Ermənistan xəbərləri» portalına FHN-in ictimaiyyətlə əlaqələr şəbəsinin rəisi Nana Qndoyan verib.



Tehsil-press.az «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bir qədər öncə Ermənistanın paytaxtı Yerevan şəhərində avtobus partlayıb. Bu məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Partlayış barədə ilk məlumat Bakı vaxtı ilə 21:51-də daxil olub. Avtobus Yerevanın Alabyan küçəsində partlayıb. Hadisə yerinə hərbi dəstələr və aidiyyatı orqanların nümayəndələri cəlb olunub. Hadisə barədə ətraflı məlumat hələlik verilmir.

tehsil-press.az

Oxşar xəbərlər