"Qarabağ"ın qələbəsi Azərbaycana nə verdi? - ƏMSALLAR CƏDVƏLİ

Dünən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Linkoln"u yenən (2:0) "Qarabağ" ilk UEFA əmsallar cədvəlində Azərbaycanın xalını artırıb.

Ağdam təmsilçisi qələbə sayəsində ölkəmizə 0,250 əmsal qazandırıb. Son 5 ilin nəticələrinə əsasən, Azərbaycan 17.250 xala malikdir və siyahıda 25-cidir.

24-cü pillədəki Slovakiyanın 17,375 xalı var. Azərbaycanın ən yaxın izləyicisi isə Kiprdir - 17.225 xal.

Tehsil-press.az

Oxşar xəbərlər