
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Viral.az-a bildirilib ki, hava limanının bütün xidmətləri vəziyyətə operativ reaksiya göstərmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib.
“Airbus A320” təyyarəsi yerli vaxtla saat 18:45-də Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Səhhəti yaxşılaşdıqdan sonra özünün razılığı ilə sərnişin təyinat məntəqəsinə doğru yoluna davam edib.
Təyyarə yerli vaxtla saat 21:07-də Bakıdan Səmərqəndə yola düşüb.
Tehsil-press.az