
Xəzər rayonundakı 292 saylı orta ümumtəhsil məktəbinin bir neçə valideyni bildirir ki, onların övladları buraxılış imtahanını uğurla veriblər. Buna baxmayaraq, övladları direktor tərəfindən məktəbdən kənarlaşdırılıb.
Valideynlərin iddialarına görə, övladları 10-cu sinifdə təhsil aldıqları məktəbdən xaric olunub.
Məsələ ilə bağlı 292 saylı məktəbdən bildirildi ki, iddia edilən məsələ həqiqətə uyğun deyil.
15 avqust saat 15:00-dan etibarən ümumi təhsil müəssisələrinin X siniflərinə elektron sistem vasitəsilə qeydiyyat prosesi başlanılıb. Bu günə qədər valideynlərin elektron müraciəti əsasında məktəbin IX siniflərini bitirmiş şagirdlərin 100 nəfərindən çoxunun X siniflərə elektron qeydiyyatı aparılıb.
Qeyd olunan valideynlər 16 avqustda məktəbə müraciət edib. Onlara qaydalara uyğun olaraq elektron sistem vasitəsilə övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunub./Xezerxeber.az/
Tehsil-press.az