
Şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. Dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.
Dərsliklər hər şagirdə bir tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən dörd ildir.
Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims.edu.az saytlarında müxtəlif formatlarda mövcuddur.
Tehsil-press.az